Almaniyada 156 Azərbaycan vətəndaşı barədə deportasiya qərarı verilib

26-07-2022, 11:48           
Almaniyada 156 Azərbaycan vətəndaşı barədə deportasiya qərarı verilib
Bu ilin ilk yarısında Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarədə (BAMF) Azərbaycan Respublikası vətəndaşlarına sığınacaq verilməsi prosedurları ilə bağlı 422 qərar qəbul edib.

Federal idarədən “Report”un Avropa bürosunun sorğusuna cavabda bildirilib ki, baxılan işlərdən 39-u barədə mühafizə statusu verilib.156 işlə bağlı isə qərar mənfi olub. Həmin şəxslərlə bağlı yerli idarə məhkəmələri deportasiya qərarı çıxarıb.

“Dublin prosedur”na görə, ilk viza aldığı Avropa ölkəsinə göndərilmə və ya könüllü qayıdışla bağlı qərarların sayı isə 227 olub.

BAMF-dan bildirilib ki, bu ilin ilk altı ayında federal idarəyə ümumi müracitələrin sayı 97 249 olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru