`Gövhər` MTK-da ACINACAQLI DURUM: Zibilləri də təmizləyən yoxdur... - NARAZILIQ VAR!

26-07-2022, 16:23           
`Gövhər` MTK-da ACINACAQLI DURUM:
"Göhər" Mənzil-Tikinti Kooperativi (MTK) tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək Prospekti 94 ünvanında inşa olunan çoxmənzilli yaşayış sahəsinin sakinləri binanın vəziyyətindən şikayətçidir.

TEREF.AZ-ın məlumatına görə, bu barədə "Unikal"a müraciət edən bina sakini Aydın Əsədullayev bildirib ki, MTK rəhbərliyi tərəfindən binaya diqqət göstərilmir:


"Binada mühafizə yoxdur. Domofon işləmir. Həmçinin, liftdə də tez-tez problemlər olur. Zibilləri də təmizləyən yoxdur. Sakinlər tərəfindən binanın xərcləri üçün hər ay ödənilən aylıq ödəniş rəhbərlik tərəfindən mənimsənilir və binanın problemləri üçün xərclənmir.

Bina rütubətlidir. Qaraja düşürsən, orada həmişə su axır. Dəfələrlə MTK rəhbərliyinə müraciət etmişik. Dedilər ki, binaya baxılacaq və boyanacaq. Amma vəd etdikləri heç bir işi görmədilər. Bütün şüşələr qırılıb. Bina hazırda Suriyaya oxşayır. Bianın üzərindəki suvaqlar uçub tökülür. Keçən dəfə suvaq uçub və mənim maşınımın üzərinə düşüb", - deyə o əlavə edib.

Qeyd edək ki, "Göhər" MTK-nın rəhbəri Eldar Rzayev adlı şəxsdir. Hazırda MTK-nın 913 min 300 manat 35 qəpik vergi borcu mövcuddur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru