Qubada işığa həsrət qalan bir kəndin manifesti – Sakinlər icra basçısından kömək istəyirlər
30-07-2022, 17:07
Quba rayonun Rustov inzibati Ərazi Vahidliyindliyinin Sofikənd kəndi 5 gündür ki zülmət qaranlığa qərq olub
Kəndin bütün işıq dirəkləri və xətləri yerə düşüb.
Sofikənd kəndində artıq 5 gündür ki, elektrik enerjisi yoxdur.
Yerli sakinlər bildirlər ki, məsələ ilə bağlı icra nümayəndəsinə müraciət etmək istəsələrdə neçə gündür icra nümayəndəsi Behbut Rəhimovu tapa bilmirlər.
Kənd sakinləri bildirlər ki neçə gündür Quba Elektrik Şəbəkəsinin qapılarında qalıblar.idarənin rəhbəri də kənd sakinləinə bildirb ki , ərizə yazsınlar ondan sonar baxılacaq
Indi kənd sakinləıri bilmirlər ki işıqsızlıq probleminin həlli üçün dərdlərini kimə desinlər. Kənd sakinləri deyirlər ki Quba rayon icra hakimiyyəti Başçısı Ziyəddin Əliyev 5 gündür işıqısız qalan kəndə gəlib kənd sakinlərnin dərdini dinləsin. Vətəndaşlar qeyd edirlər ki, icra hakimiyyətinin ərazi üzrə nümayəndəsini də arada kəndə göndərsə yaxşı olar.
Deyək ki, vətəndaşa hansısa idarə "güc gəldi", bəs, bu kəndin böyükləri hara baxır?
Buna da Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev şəxsən nəzarət etsin?