Azərbaycanda 4 bankın aktivləri 2 milyard manatdan çoxdur

1-08-2022, 12:37           
Azərbaycanda 4 bankın aktivləri 2 milyard manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə aktivləri 2 milyard manatdan çox olub.

Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (12 milyard 82 milyon 955 min manat), “Kapital Bank” (7 milyard 606 milyon 111 min manat), “PAŞA Bank” (7 milyard 422 milyon 62 min manat) və “Xalq Bank” (2 milyard 532 milyon 370 min manat) ASC-lərdir.

Qalan 22 bankdan 3-də aktivlər 1-2 milyard manat arasında, 8 bankda 500 milyon manatdan 1 milyard manata qədər, 9 bankda 100-500 milyon manat arasında, 2 bankda isə 100 milyon manatdan azdır.

5 bankın aktivləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il iyulun 1-nə aktivləri illik müqayisədə az olub.

Bunlar “Bank BTB”, “Bank VTB Azərbaycan” və “Azərbaycan Sənaye Bankı” (ASB) ASC-lər, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.

Ən çox azalma ASB-də (14,7%), ən az azalma isə “Bank BTB”də (0,2%) qeydə alınıb.

Qalan 21 bankın aktivləri artıb. Ən yüksək dinamika “Azər-Türk Bank” ASC-də (78,6%), ən aşağı dinamika isə “Premium Bank” ASC-də (2,5%) qeydə alınıb.
marja.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.