Xəzər icra hakimiyyəti `KANİKUL`A ÇIXIB... - Görünəni budur...

1-08-2022, 16:02           
Xəzər icra hakimiyyəti `KANİKUL`A ÇIXIB... - Görünəni budur...
Xəzər rayonunda çimərlik ərazisinin qanunsuz zəbt edildiyi iddia olunur.

Bu barədə Oxu.Az-a sakin tərəfindən məlumat verilib. Belə ki, söhbət Xəzər rayonu, Şüvəlan qəsəbəsindən gedir.

Sakin iddia edir ki, sözügedən ünvanda “Arzu” marketin yaxınlığındakı çimərlik ərazisi zəbt edilib:

“Bu haqsızlığa insan dözə bilmir. Körpə uşaqlarla çimərliyə getmişəm, ətrafda insanlar çox idi deyə kənara çəkildik. Uşaqlar qumla oynadıqları yerdə kimsə adam göndərdi ki, bizi oradan çıxarsın. İri qaya parçaları ilə çimərlik ərazisi zəbt edilib, bir nəfər də nəzarətçi qoyublar. İnsanlara yaxınlaşaraq nəzakətli şəkildə: “Qayalardan bu tərəfə keçmək olmaz”, - deyir. Bu nə dərəcədə doğrudur?”

Məsələ ilə bağlı iddialara aydınlıq gətirmək üçün Xəzər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən isə bizi dinləmədən İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinə yönləndirdilər.

Şöbədən isə bildirildi ki, İcra Hakimiyyətinin sözçüsü, yəni ictimaiyyətlə əlaqələr şöbəsində də bizə cavab verə biləcək nümayəndə yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru