Qarabağ qazisi başçıya etiraz etdi, DAMARLARINI DOĞRADI - Beyləqanda DƏHŞƏT

2-08-2022, 15:48           
Qarabağ qazisi başçıya etiraz etdi, DAMARLARINI DOĞRADI -
Vətən müharibəsi qazisi Elçin Paşayevin intihara cəhd etdiyi deyilir.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir məlumat yayıb.
"Beyləqan rayonunun icra başçısı Asif Ağayevdən şikayət edən qazi Elçin Ədalət oğlu Paşayev damarlarını doğrayaraq intihara cəhd edib. Qazi deyir ki, dəfələrlə başçının qəbulunda olsa da, onu qəbul etməyib, o da bu addımı atmağa məcbur olub", - deyə jurnalist sosial şəbəkə hesabında bildirib.
Qeyd edək ki, qazi E. Paşayev Prezident İlham Əliyevin müvafiq sərənamları ilə "Qubadlının azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru