Sənətşünaslıq üzrə fəlsəfə doktoru, yazıçı-jurnalist, musiqiçi, bəstəkar, II dərəcəli əlil Əhsən Rəhmanlı Prezidentə müraciət etdi - MÜRACİƏT

2-08-2022, 16:04           
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, yazıçı-jurnalist, musiqiçi, bəstəkar, II dərəcəli əlil Əhsən Rəhmanlı Prezidentə müraciət etdi - MÜRACİƏT
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Azərbaycan Respublikasının vətəndaşı, tədqiqatçı, sənətşünaslıq üzrə
fəlsəfə doktoru, yazıçı-jurnalist, musiqiçi, bəstəkar, II dərəcəli əlil Əhsən Mikayıl oğlu Rəhmanlının
MÜRACİƏTİ
5 ildir ki, Sizə ərizələrimlə müraciət edərək əlil jurnalist kimi mənə mənzil verilməsini istəyirəm. Həmin ərizələr Milli Məclisə, nazirliklərə də ünvanlanr. Lakin heç bir müsbət nəticə yoxdur. Ərizlərimdə dövlətimə, vətənimə, xalqa, millətə, musiqi mədəniyyətinə göstərdiyim xidmətlər, kiməm, nəçiyəm, nə işlər görmüşəm, daha hansı işlər görməkdəyəm barədə geniş və ətraflı məlumat verilir. Orada hər şey açıq-aydın göstərilir.
Siz illər öncə əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün fərman imzalamış, Milli Məclis səkkiz fəsil, qırx maddədən ibarət qanun qəbul etmişdir. Lakin mənim sosial vəziyyətim yaxşılaşmır, əksinə pisləşir. Siz humanistlik göstərib ölkə jurnalistləri üçün ev tikdirib onlara mənzil verirsiniz. Çox gözəl. Mən isə əlil jurnalist kimi mənzil istəsəm də, verilmir. Cənab Vüqar Səfərli və cənab Əli Həsənov jurnalistlər üçün ayırdığınız mənzilləri haqsız olaraq neçə, kimə ayırmışdılar, ictimaiyyətə bəlli oldu. Bir qrup jurnalistin Sizə müraciətindən sonra həmin adamlara qanunsuz olaraq ayrılan mənzillər əllərindən alınanda, cənab Əli Həsənov və cənab Vüqar Səfərli vəzifədən çıxarılanda, onların yerinə təyin olunanlar da mənim ərizələrimə cavab vermədilər. Ümumiyyətlə saymazlıq göstərdilər. Siz ölkə üçün çalışmaqda ikən, yüksək vəzifə tutanların bəziləri bizim haqqımızı pozaraq narazılıq yaratmaqdadırlar. Siz dəfələrlə çıxışlarınızda xalqa, cəmiyyətə müraciət edirsiniz ki, sizə məlumat çatdırılsın. Odur ki, müraciət edib sizə bu barədə məlumat verirəm ki, ölçü götürülsün. Hörmətli cənab prezident. Mən 1978-ci ildən normal şəraiti olmayan daxmada (həyət evi) yaşayıram. Sovet dövründən qalan bu evdə indi heç kəs yaşamaq istəməz. Azərbaycanda, inkişaf etmiş bir ölkədə belə evdə yaşamaq heç bir məntiqə sığmır. XXI əsrdə məhəlləmizdə hələ də kanalizasiya sistemi yoxdur. Xahiş edirəm ki, mənim evimə baxmaq üçün komissiya göndərilsin, bu zaman hər şey əyani şəkildə aydın olacaq. Mənim pensiyamla dolanmaq çox çətindir, nəinki öz vəsaitim hesabına mənzil alım və ya evimi söküb yerində yenisini tikim. Yaşlı adamam, fiziki qüsurum var deyə, ağır işlərə baş qoşa bilmərəm. Təqdiqatçı, yazıçı-jurnalist, folklorçu kimi isə hazırda vəsait qazanmaq mümkün deyil. Vətən, ölkə və dövlət üçün təmənnasız çalışırıq. Bu işdən böyük zövq alsaq, qürur duysaq, fəxarət hissi keçirsək də maddi vəziyyətimiz ürəkaçan, qənaətbəxş və sevindirici deyil. Qəzetlər və jurnallardakı, saytlardakı məqalələrimizdən, kitablarımızın nəşrindən qonorar qazana blmirik.
Bu yaxınlarda Roza Zərgərlinin oğulluğuna mənzil bağışlanıldı. Cəmiyyətdə narazılıq yarandı. Roza xanım və ya onun oğlu vətənə, dövlətə, xalqa hansı müstəsna xidmət göstəriblər ki, mənzillə mükafatlandırılıblar?!. Mənim xidmətlərim barədə dəfələrlə Sizə və tabeçiliyinizdə olan təşkilatlara ərizələrim vasitəsilə məlumat çatdırılıb. Sizin verdiyiniz fərmanın icrasından mənə heç nə ayrılmayıb və sosial durumum necə varsa, elə də qalıb və əksinə daha da ağırlaşıb. Mən tam hüquqlu Azərbaycan vətəndaşıyam. İmtiyazlardan müəyyən qədər ziyalı və vətəndaş olaraq mənə də düşməlidir. Dövlətimə, vətənimə, ölkəmə sadiq insan olaraq 72 yaşımda yenə çalışmaqdayam. Canımda beş-altı xəstəlik daşısam da, bacardığım qədər yaradıcılıq işlərindəyəm. Gördüyüm işlər çoxşaxəli və əhatəlidir. Verdiyiniz fərmana hörmət əlaməti və Milli Məclisin qəbul etdiyi qanunun icrasına mümunə olaraq, daim işgüzar, fədakar əlil bir jurnalistə mənzil payı vermək doğrudanmı çətin işdir? Əlbəttə ki, xeyr. Xahiş edirəm ki, müraciətim nəticəsiz qalmasın və buna baxılsın.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.