Əlil küçədə Sahil Babayevə yaxınlaşdı - FOTO

2-08-2022, 20:32           
Əlil küçədə Sahil Babayevə yaxınlaşdı - FOTO
Bu gün Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev 1 saylı Bakı DOST Mərkəzindən çıxarkən maraqlı anlar yaşanıb.

TEREF.AZ xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsində birinci qrup əlil, 1984-ci il təvəllüdlü Əliyev Fuad Vaqif oğlu nazirə yaxınlaşaraq, ondan probleminin həlli üçün kömək istəyib.O, Sahil Babayevə bildirib ki, işləmək üçün bir neçə yerə müraciət etsə də, ona kömək edən olmayıb. Nazir dərhal yanında olan Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyliyə məsələni nəzarətə götürməyi tapşırıb. F.Əliyevə bildirilib ki, yaxın günlərdə o, nazirliyə qəbula çağırılaraq, müvafiq işlə təmin olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru