Dövlət Agentliyinin 1 tenderiylə 4 milyon qazanan "EL-Seym İnşaat" MMC hansı tenderləri udur?

3-08-2022, 16:34           
Dövlət Agentliyinin 1 tenderiylə 4 milyon qazanan "EL-Seym İnşaat" MMC hansı tenderləri udur?
Azərbaycanda dövlət tenderlərindən böyük hissəsini əldə edən daha bir şirkət - “tender çempionu” aşkar edilib. TEREF.AZ FED.az-a istinadla xəbər verir ki, bu – "EL-Seym İnşaat" MMC-dir (VÖEN: 1000202761).

Sözügedən şirkət iştirak etdiyi dövlət tenderlərindən 4 milyon 879 min manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 4 tenderlə əldə edib – bir tenderin orta qiyməti 1 milyon 220 min manatdır.

"EL-Seym İnşaat" MMC-nin əsas “müştərisi” Qida Təhlükəsizliyi Agentliyi olub. Şirkət 4 tenderdən 1-ni bu qurumdan udmaqla 4 milyon 269 min manat qazanıb. Bu isə ümumi tenderlərin 84 faizi deməkdir.

Digər 3 tenderi isə Ədliyyə Nazirliyi və Şamaxi Rayon İcra Hakimiyyəti udub - 610 min 121 manat.

Qeyd edək ki, şirkət əsasən, küçələrinin abadlaşdırılması, cari təmir işlərinin satın alınması üzrə xidmət göstərir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru