“Qarabağ”ın oyununa biletləri yenə alverçilər satır - FOTOFAKT

3-08-2022, 19:31           
“Qarabağ”ın oyununa biletləri yenə alverçilər satır - FOTOFAKT
Ağdamın “Qarabağ” futbol klubu bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu çıxacaq. Komandamız üçüncü təsnifat mərhələsinin ilk matçında Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq.

Güclü azarkeş marağını və oyuna olan böyük diqqəti nəzərə alaraq çəkiliş qrupumuzla Tofiq Bəhramov adına Respublika stadionunun qarşısına gəldik.

Saat 15 radələri olmasına baxmayaraq artıq stadionun qarşısında iynə atsan yerə düşməzdi. Stadionun əməkdaşları və polis də iş başında idi. Həyəcanlı anların yaxınlaşdığı hər addımda hiss olunurdu.

Onu da öyrəndik ki, oyunun bütün biletləri satılıb. Ona görə xeyli azarkeş bilet kassalarının qarşısında qalmışdı. Özünü qazi kimi təqdim edən bir neçə əliəsalı da vəziyyətdən gileylənirdi:

“Bizə də bilet tapılmırsa, onda neyniyək, Qarabağ üçün qan tökmüşük, indi üQarabağ”ın oyuna baxa bilməyəcəyik?!”

Təbii təsirli anlar idi, amma tadionun qarşısında gördüyümüz bir mənzərə bizi xeyli məyus etdi. Kassanın bir neçə addımlığında ayrı-ayrı vətəndaşlar bilet satırdı.

Yaxınlaşıb maraqlandıq. Kassada 5 manata satılan bileti bizə 15, 10 manata olan bileti isə 30 manata təklif etdilər.

Çox təəssüf ki, bu peoses həm stadion əməkdaşlarının, həm də polis işçilərinin gözü qarşısında baş verirdi.
Bizim.Media












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru