Müharibə labüddür, onsuz keçinmək mümkünsüz...

4-08-2022, 08:29           
Müharibə labüddür, onsuz keçinmək mümkünsüz...
Suverenliyin, ərazi bütövlüyünün bərpa edilməsi müqəddəs bir məqsəd, ən ülvi bir amaldır. Bunu başında ağlı, məntiqi düşüncəsi, qəlbində vicdanı, milli mənliyi olan hər kəs dəstəkləyir.
Dostluğumda "Nowar" deyənlər var, amma onlardan biri mənim "Müharibə olmasa Qarabağın qalan 2/3 hissəsini necə qaytaracağıq?" sualımı cavabsız qoydu. Belə çıxır ki, deməyə sözü yox.
Deməli, müharibə labüddür, onsuz keçinmək mümkünsüz.
Başqa tərəfdən, 44-günlük müharibədən sonra 36 qazi intihar elədi. Daha yaralı, əlil qazilərə, şəhid ailələrinə göstərilən alçaq və alçaldıcı münasibəti demirəm.
Müharibə onsuz da çox ağır, qanlı-qadalı-ağrılı bir şeydir. Bütün bunları bilərək, müharibəni vicdanın sızlamadan, ürəyin ağrımadan necə dəstəkləyəsən? Sözümü fırlatmaq istəyən gədə-güdəyə bəri başdan deyirəm, ürəyim özümüzünkülərə ağrıyır, düşmənə yox, mənim humanizmim elə böyük deyil!
İlkin Rüstəmzadə yazır: "Ən ağrılısı odur ki, özünə milli qüvvə deyənlərin, bu gün müharibə ilə bağlı çığırtqanlıq edənlərin 90%-i qazilər özlərini öldürəndə əclafcasına susdular. Şəhid ailələrinin fəryadlarına qulaqlarını tıxadılar".
İndi də utanmadan, çəkinmədən evdə oturub arsız-arsız "Müharibə! Müharibə!" qışqırırlar...
Cingiz Sultansoy
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru