"Meyvəli bazarı"ndakı ŞORT QADAĞASI İLƏ BAĞLI REPORTAJ - VİDEO

4-08-2022, 12:29           
"Meyvəli bazarı"ndakı ŞORT QADAĞASI İLƏ BAĞLI REPORTAJ - VİDEO
Ötən gün sosial şəbəkələrdə Bakının Lökbatan qəsəbəsində yerləşən "Meyvəli bazarı"na şort geyinən şəxslərin girişinin qadağan olunmasını əks etdirən foto paylaşılıb. Sözügedən elan müzakirələrə səbəb olub və belə bir qadağanın olması sosial şəbəkə istifadəçilərinin tənqid və qınaq obyektinə çevrilib.

"ATV xəbər"in çəkiliş heyəti "Meyvəli bazarı"nda olub. Onlar yaranmış vəziyyətə aydınlıq gətirməyə çalışıblar. Çəkiliş qrupu əvvəla bazar rəhbərliyinindən bununla bağlı açıqlama almaq istəyib. Lakin rəhbərlik bu barədə danışmaq istəmədiyini və sözügedən elanın aradan qaldırıldığını bildirib.

Həmin qadağa sadəcə kişi müştərilərə aid edildiyindən bazarda onların məsələyə münasibəti də öyrənilib. Hər kəs birmənalı şəkildə bu qadağaya etiraz edib.

Bəs görəsən, açıq bazarlarda bu cür qadağanın tətbiqi nə dərəcədə düzgündür? Hüquqşunas Ellada Bayramovanın sözlərinə görə, qanunvericilidə bu qadağa ilə bağlı xüsusi maddə yoxdur.

Ətraflı videoda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru