Çin Rusiya avtomobil bazarını ələ keçirir – Son rəqəmlər

4-08-2022, 12:42           
Çin Rusiya avtomobil bazarını ələ keçirir –
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin iyul ayında Rusiyada yeni avtomobillərin satışı 58,5% azalıb.
Yeniavaz.com “Avtostat” agentliyinə istinadən bildirir ki, Rusiyada ən çox satılan ilk 10 avtomobil markası arasında artıq 4 Çin markası – “Chery”, “Geely”, “Haval” və EXEED yer alıb.
2022-ci ilin iyul ayının nəticələrinə görə, yeni minik avtomobillərinin satışı ötən ilin iyul ayı ilə müqayisədə 4 dəfə azalaraq cəmi 35 min 583 ədəd təşkil edib.
Yerli istehsal olan LADA markası bazarda lider olaraq qalır. İyulda onun payı 29,2%-ə qədər artıb (bir il əvvəl 25% olub). Ötən ay ruslar 10 min 400 yeni LADA avtomobili alıblar. Koreyanın “Kia” (4 min 4 ədəd) və “Hyundai” (3 min 397 ədəd) brendləri hələ də ilk üçlükdəki mövqelərini qoruyub saxlasalar da, onların payı getdikcə azalır.
Onları izləyən 3 Çin brendi ümumi satışdakı paylarını artırıb. “Chery”nin payı 2,9%-dən 7,2%-ə, “Geely”nin payı 1,8%-dən 6,5%-ə, “Haval”ın payı isə 2,4%-dən 6,1%-ə yükəslib. Doqquzuncu yerdə olan Çinin EXEED markası isə öz payını 0,1%-dən 2,8%-ə yüksəldib.
2022-ci ilin ilk 7 ayının yekunlarına gəlincə, bu müddət ərzində Rusiya sakinləri 387 min 712 yeni avtomobil alıblar ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 58,5% azdır.
Ən populyar xarici avtomobil hələ də 3-cü yeri tutan “Kia Rio”dur.
Bildirilir ki, Avropa və Yaponya istehsalı olan markaların Rusiyadan çıxması Çin brendlərinə onların bazar paylarını ələ keçirməyə imkan verib. İyun ayının nəticələrinə görə, ruslar Çin markalı 6 min 875 yeni minik avtomobili alıblar ki, bu da artıq ümumi bazarın 21%-ni təşkil edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru