Şəkinin Yuxarıbaş Tarix Memarlıq Qoruğunda yerləşən yuxarı baş parkı bir zamanlar yaşlıların, uşaqların ən çox sevdiyi istirahət mərkəzi olub. Parkın su xətləri kəsildiyi üçün indi ərazi tanınmaz hala düşüb. Hətta iri gövdəli agacların quruma təhlükəsi var.
İllərlə susuz qalan hovuz partlayıb, otlar saralıb, cavan ağaclar quruyub, əvvəllər ərazidə olan gül çiçəklərdən əsər əlamət yoxdur. Baxımsız qalan parkda uzun ömürlü Cökə Çinar ağaclarının qurumuş yarpaqları sanki dil açıb su istəyir.
Uzun illər bu parkda istirahət edən yerli sakinlər hətta ad qoyduqları qocaman ağacların quruma təhlükəsi ilə üz üzə qaldığını deyirlər. Ərazidə olan kranların da suyu kəsilib.
Yuxarıbaş Tarix Memarlıq Qoruğundan bildirilib ki, məsələ ilə əlaqədar Azərbaycan Turizm Ağentliyi tərəfindən Azərsuya müraciət olunub və müvafiq idarələr üç gün əvvəl parka baxış keçirib. Layihə hazırlanaraq parkda su xətləri bərpa ediləcək.