"Araz" marketdə ENDİRİM FIRILDAĞI - GİLEY

8-08-2022, 10:28           
"Araz" marketdə ENDİRİM FIRILDAĞI - GİLEY
"`Araz` marketdə sizi belə aldadırlar. Əziz izləyicilər bu mağazadan alış-veriş edərkən diqqətli olun..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Araz Məmmədov adlı istifadəçi giley edir.


Daha sonra narazı vətəndaş yazır: "Bu gün Babək pr yerləşən mağazadan "Uludağ" adlı içki götürdüm, deməli vitrində 2.49 silinib endirimlə 1.89 göstərilib, çekdə isə məhsulun qiyməti 2.29 azn çıxdı. Bunu görüb qayıdıb etiraz etdikdən sonra məbləği geri qaytardılar.


Belə başa düşmək olur ki, əslində məhsulun qiyməti 2.29 manatdır, vitrində qiymətdən baha 2.49 göstərib üstündən xətt çəkib 1.89 qoyurlar ki guya böyük endirim olub.
Məhsulun öz qiymətindən baha yazıb endirimli göstərməyi bir yana qalsın, kassada heç endirimli qiyməti də çıxmır, öz qiymətini vururlar.


Təsəvvür edin endirimli göstərilən məhsulları gün ərzində nə qədər alıcı görüb inanıb alır, bəlkə çoxsu heç fikir də vermir ki aldanır.
Gərək aldığın məhsulların bütün qiymətlərini və çeki analiz edəsən, yoxsa mağaza tərəfdən aldanmağından heç xəbərin olmayacaq".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.