Pedaqoji Universitetin bufeti OLİQARXLAR ÜÇÜNDÜR? - “Nahar etmək 10 manat, çay 2 manat...”

9-08-2022, 20:33           
Pedaqoji Universitetin bufeti OLİQARXLAR ÜÇÜNDÜR? -
“Məktəb və universitet bufetlərində qiymətlər “od tutub yanır””. TEREF sfera.az-a istinadla bildirir ki, bunu sosioloq, “Altay” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramlı deyib. O qeyd edib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetin bufetindəki baha qiymətlər heç kafe, restoranlarda yoxdur:

“Kasıb, optimist, zəhmətkeş tələbələrə balaca bir çaydanda çayı 2 manata verirlər. Bir tələbə nahar etmək üçün 10 manat ödəməlidir. Restoranlarda isə günorta yeməyi 5 manata təklif olunur. Nazirlik yəqin hesab edir ki, tələbələr milyonerdirlər”.

Ekspert vurğulayıb ki, bufetlərdə icarə haqqı verilən şəxslərin kasıb tələbələri soyub milyonlar qazanması üçün bütün imkanlar yaradılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru