Heydər Oğuz ittihamlara cavab verdi: "İraq və Əcəm coğrafiyasında Həzrət Əliyə duyulan məhəbbətin kökündə..."

10-08-2022, 11:28           
Heydər Oğuz ittihamlara cavab verdi: "İraq və Əcəm coğrafiyasında Həzrət Əliyə duyulan məhəbbətin kökündə..."
Bəzi ittihamlara cavabım
AzerFreedom TV-də səsləndirdiyim bəzi fikirlər, xüsusilə də xəlifə Ömərin zamanında müsəlmanların bir neçə təbəqəyə bölündükləri barədə iddiam bəzi çevrələr tərəfindən süngü ilə qarşılanıb. Bir çoxları həm videonun altındakı rəylərdə, həm də mənə yazdıqları məktublarda dəlilsiz danışmamağı tövsiyə edir və bəndənizi tarixi faktları təhrif etməkdə günahlandırır.
Bəri başdan qeyd etməyi vacib sayıram ki, mən ilahiyyatçı deyiləm. Hər bir bəşər övladı kimi, mənim də yanılmaq ehtimalım və hətta hüququm var. Bu baxımdan heç vaxt yanıldığımı etiraf etməkdən çəkinməmişəm və yenə də çəkinmirəm. Amma bu məsələdə yanıldığımı düşünmürəm. İddiamı əsaslandırmaq üçün dəlillər gətirmək tələbinə gəlincə, bunu da məmnuniyyətlə təqdim edirəm.
Mənim iddiam:
Xüsusilə xəlifə Ömərin dövründə müsəlman əhali üstünlük dərəcəsinə görə 4 kateqoriyaya bölünmüşdü.
1. Mühacirlər: Peyğəmbərlə Məkkədən Mədinəyə hicrət edən bu insanlar fəzilət dərəcəsinə görə ən ali toplum sayılırdılar;
2. Ənsarlar: Mədinədə mühacirlərə qucaq açan yerli sakinlər fəzilət dərəcəsinə görə, ikinci mərtəbəyə aid idilər;
3. İraqlılar: Bu gün belə, eyni adlı dövlət şəklində mövcudluğunu qoruyan İraq əhalisi ərəb toplumunun ucqarı sayılırdı və hakimiyyətdə təmsilçilik baxımından eyni səlahiyyətə malik idilər;
4. Əcəmlər: Ərəbcə “dilbilməz” mənasına gələn bu zümrə zimmi hüququna əsasən, ən çox vergi ödəyən, hakimiyyət qollarında ən az təmsil olunanlar idi. Əcəm coğrafiyası isə İraqdan kənarda qalanlar sayılırdı.
Mənim iddiama görə, bu anlayışı İmam Əli öz vergi və idarəetmə islahatları ilə dəyişdirdi. Həzrət Əliyə qədər Əcəm torpaqlarında yaşayanlardan sahib olduqları ərazilərin vergisini alınırdısa, onun hakimiyyətə gəlməsi ilə bu ərazilərdə də əkilən torpağa görə vergi ödənilməyə başlanıldı. Müsəlmanlığı qəbul etmələrinə baxmayaraq, Əcəmlərdən alınan zimmi vergisi (şəriətə görə, əhli-kitab olan kafirlərdən alınmalı idi) də məhz İmam Əli tərəfindən bu insanlara şamil olunmadı. Mənim fikrimcə, İraq və Əcəm coğrafiyasında Həzrət Əliyə duyulan məhəbbətin kökündə də bu islahatlar dayanırdı. Bir çox mühacirlərin və ənsarın İmam Əlinin övladlarını dəstəkləməməsi də onun bu islahatlarından qaynaqlanırdı. Seyidlərin və İmamların əsasən İraq və Əcəm torpaqlarına pənah aparmasının səbəbi də bu idi.
Dəlillərim:
İlk müsəlmanların fəzilətlərinə görə, müxtəlif kateqoriyaya bölünməsi bəzi fiqhi kitablarda bu günə qədər yaşayır. Bunlardan bəziləri.
“Əgər ənsardan olanları sevmək imandandırsa, onda mühacirləri sevmək daha üstündür, çünki mühacirlər Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun) birlikdə bütün mal-dövlətlərini qoyub hicrət etmişlər. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) də bir çox hədislərində mühacirləri daha üstün saymışdır”.
Mənbə: http://menhec.net/node/736...
“Eshab-ı kiramın üstünlük sırası şöyledir.
Muhacirler: Mekke alınmadan önce, memleketlerini terk ederek, Medine’ye hicret edenlerdir.
Ensar: Medine ve civarında, Evs ve Hazrec kabilesindeki Müslümanlara denir.
Diğer Eshab-ı kiram: Mekke alındıktan sonra imana gelenlerdir. Bunlara Muhacir ve Ensar denmez. Yalnız sahabi denir. İmam-ı Süyuti diyor ki: Ehl-i sünnet âlimleri, söz birliği ile bildiriyor ki, Eshab-ı kiramın en üstünleri, dört halifedir. Sonra, Aşere-i mübeşşere ile Hazret-i Hasan, Hazret-i Hüseyin ve Bedir eshabıdır. Sonra Uhud’daki 700 kahramandır. Bunlardan sonra, ağaç altında Resulullaha, (Ölmek var, dönmek yok) diye söz veren 1400 sahabidir. Bu sözleşmeye (Biat-ür rıdvan) denir. (Tarih-ul-Hulefa)”
Mənbə: https://dinimizislam.com/detay.asp?Aid=1567...
“Eshab-ı kiramın üstünlük sırası şöyledir.
Muhacirler: Mekke alınmadan önce, memleketlerini terk ederek, Medine’ye hicret edenlerdir.
Ensar: Medine ve civarında, Evs ve Hazrec kabilesindeki Müslümanlara denir.
Diğer Eshab-ı kiram: Mekke alındıktan sonra imana gelenlerdir. Bunlara Muhacir ve Ensar denmez. Yalnız sahabi denir. İmam-ı Süyuti diyor ki: Ehl-i sünnet âlimleri, söz birliği ile bildiriyor ki, Eshab-ı kiramın en üstünleri, dört halifedir. Sonra, Aşere-i mübeşşere ile Hazret-i Hasan, Hazret-i Hüseyin ve Bedir eshabıdır. Sonra Uhud’daki 700 kahramandır. Bunlardan sonra, ağaç altında Resulullaha, (Ölmek var, dönmek yok) diye söz veren 1400 sahabidir. Bu sözleşmeye (Biat-ür rıdvan) denir. (Tarih-ul-Hulefa)”
Mənbə: https://m.turkiyegazetesi.com.tr/Genel/a142634.aspx?/Genel/a142634.aspx&
Eyni fikirlər Professor Dr. Mühəmməd Əbu Zəhranın “İslamda itikadi, siyasi və fıkhi mezhepler tarihi” kitabında da qeyd olunur. Kitabda bu barədə yazılan bir bəzi sözlərin şəkilini paylaşıram.
O ki qaldı İmam Əlinin vergi sistemində islahatlar aparmasına, bunu İslam tarixçilərinin bir çoxu etiraf edir. Hətta Azərbaycan məktəblərində keçirilən 7-cı sinifin “Tarix” dərsliyində də bu barədə məlumat almaq mümkündür. Məni tarixi saxtalaşdırmaqda ittiham edənlər, belə görünür ki, orta məktəbi də doğru-dürüst oxumayıblar.
Dəlillərim:
• 7-ci sinifin “Tarix” dərsliyi (Şəkili paylaşılır).
• Moisey Kalankatlının məlumatına görə, ağır vergi qoyulmasına səbəb olan bu yeni siyahıyaalma əhalinin vəziyyətini daha da ağırlaşdırdı. Bu siyahıyaalmadan sonra tətbiq edilən yeni vergi sistemi vergi verən əhali ilə yanaşı, rahiblərdən də vergi alınmasını nəzərdə tuturdu. Əhalinin üzərinə sənətkarlığa, kəbinə görə yeni əlavə vergilər qoyuldu. Ölkənin cənubunda xəlifə II Ömər zamanı ləğv edilmiş əvvəlki Sasani vergiləri - “Novruz və Mihrican hədiyyələri” bərpa edildi. Belə vergi sistemi təkcə yoxsulları deyil, hətta bir çox əyan və varlıları da səfalətə düçar etdi. Əgər Əməvilər dövründə natura ilə ödənc vergilərin mühüm hissəsini təşkil edirdisə, Abbasilər dövründə vergilərin ancaq bir hissəsi natura ilə ödənilirdi. Özü də bu natura içərisində zinət əşyaları və ərəblərdə az tapılan mallar üstünlük təşkil edirdi. Bu sistem II Abbasi xəlifəsi əl-Mənsurun dövründə (754-775) xüsusən geniş tətbiq edilməyə başlanmışdı. Onun dövründə misahə adlanan xərac, əkilib-əkilməməsindən asılı olmayaraq, torpaq sahəsinə görə pulla, yəni hələ Ömər ibn əl-Xəttabın qoyduğu qaydalar üzrə alınırdı.
Mənbə: https://tedris.taxes.gov.az/.../qedim.../arab%20xilafati.htm
İmam Əlinin Misirə vali təyin etdiyi Əştər ən-Nəhaiyə yazdığı məktubda bildirilir:
“Vergi toplamaqdan ziyadə, gözünüz ərazi islahatlarında olsun, fəaliyyətinizi əsasən ölkənin inkişafına yönəldin. Çünki vergi ölkənin yenidən qurulmasından sonra alına bilər. Kim ölkəni inkişaf etdirmədən vergi yığmaq istəyirsə, ölkəni viran qoymağa, insanları bitab düşürməyə çalışır. Belə siyasətlər insanların vəziyyətini demək olar ki, yaxşılaşdırmır. Əgər insanlar verginin ağırlığından, sularının kəsilməsindən, torpaqlarının məhv edilməsindən və ya suyun olmaması üzündən məhsuldarlığın azalmasından şikayətlənirlərsə, onların vəziyyətini yaxşılaşdırmaq üçün vergilər azaldılmalıdır”.
Mənbə: https://www.muharrembalci.com/hukukdunyasi/belgeler/754.pdf
Qeyd edim ki, bunlar mənim bir neçə saatlıq araşdırmam nəticəsində üzə çıxartdıqlarımdır. İllərlə oxuduğum və qənaətlərimin formalaşmasında rol oynayan kitabların hamısında bu xüsuslar ayrıntılı şəkildə göstərilib. Üstəlik, bunlar şiə qaynaqları da deyillər. Odur ki, adamı ittiham edəndə ədalətli olun. Mən heç bir zaman özümdən nəsə uydurmuram.
Heydər Oğuz
Teref.az















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.