Təyyarədə yatmaq istəyirsən: puluna minnət -VİDEO

11-08-2022, 09:36           
Təyyarədə yatmaq istəyirsən: puluna minnət -VİDEO
“Air New Zealand” bəzi təyyarələrində yataq kabinlərinin quraşdırılmasını elan edib

Lent.az xəbər verir ki, “Air New Zealand" aviaşirkəti bəzi təyyarələrdə yataq kabinlərinin quraşdırılmasını davam etdirir. Ödənişli və bütün sərnişinlər üçün nəzərdə tutulan bu seçim "Sky Nest" adlanır. Həmçinin sirkət sərnişinlərin dörd saata qədər çarpayı rezerv edə biləcəklərini açıqlayıb. Bu da sərnişinlərin 4 saat rahat və sakit şəkildə yatmaqları üçün ideal imkandır. Lakin bu variantın qiyməti hələ "Air New Zealand" tərəfindən açıqlanmayıb.
2024-cü ildən etibarən təyyarələrdə yataq servisindən istifadə olunacağı gözlənilir.

Qeyd edək ki, Yeni Zelandiyadan uçuşlar çox uzun çəkdiyi üçün yorğunluq yaradır. Məsələn, bu ölkədən ABŞ-a uçuş təxminən 16 saat davam edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru