Səhiyyə Nazirliyinin 6 milyonluq tenderini bu şirkət uddu – Vergi borcu var

14-08-2022, 00:04           
Səhiyyə Nazirliyinin 6 milyonluq tenderini bu şirkət uddu –
Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi “Albatros Heltkeyr” MMC olub.

Yeniavaz.com xəbər verir ki, Mərkəz müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və Tədbirlər proqramları üçün nəzərdə tutulmuş dərmanların, diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalınması xidmətinə görə MMC-yə 6 milyon 134 min 126 manat 68 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, 10 min ABŞ dolları nizamnamə kapitalı olan “Albatros Heltkeyr” MMC-nin qanuni təmsilçisi Ağalarov Anar Fazil oğludur. Şirkət 8 iyul 2005-ci ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, 12 avqust tarixinə olan məlumata görə, “Albatros Heltkeyr” MMC-nin dövlət büdcəsinə 28 min 486 manat 97 qəpik vergi borcu var.

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru