Azərbaycanda unun qiyməti ucuzlaşacaq? - VİDEO

15-08-2022, 09:24           
Azərbaycanda unun qiyməti ucuzlaşacaq? - VİDEO
Azərbaycanda buğda istehsal edən fermerlərə dəstək üçün tədbirlər görüləcək. Bu isə buğda istehsalının genişləndirilməsi ilə yanaşı una olan tələbatın ödənilməsinə kömək edəcək.

Musavat.com xəbər verir ki, 50 hektar torpaq sahəsi olan, eyni zamanda, burada müasir suvarma sistemləri quraşdıran fermerlər ərzaqlıq buğda istehsalı ilə bağlı fəaliyyət planına qoşulmaq üçün Kənd Təsərrüfatı Nazirliyinə mürciət edə bilərlər.

Mövzu ilə bağlı danışan ekspert Rəşad Həsənov "Xəzər Xəbər"ə bildirib ki, yeni mexanizm ərzaqlıq buğda istehsalı ilə özünütəminat səviyyəsinə müsbət təsir göstərəcək.

Azərbaycan ərzaqlıq buğda təminatının 90 faizinin idxaldan asılı olduğunu nəzərə alsaq, bu proses ölkədə unun və un məhsullarının qiymətinin ucuzlaşmasına təsir göstərəcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru