Biləcəridə açıq narkotik bazarı: polis bariqaları niyə tutmur? - Dəhşətli GÖRÜNTÜLƏR

30-08-2022, 12:25           
Biləcəridə açıq narkotik bazarı: polis bariqaları niyə tutmur? -
Bloger Nail Kəmərli bu dəfə Bakının Biləcəri qəsəbəsindən dəhşətli reportaj hazırlayıb.

Bakupost.az xəbər verir ki, görüntülərdə sakinlər narkotik satanlardan cana yığıldıqlarını dilə gətirir, fəryad edirlər.

Onlar iddia edirlər ki, Biləcəridə narkotik satışı açıq şəkildə həyata keçirilir. Qəsəbənin hər tərəfində bariqalar, narkomanlar var.

Videoda oğlu narkomaniyadan əziyyət çəkən ana ağlayaraq kömək istəyir:

“Nə qədər ana bala itirir. Gedib Şəhid olar, bilərəm ki, Şəhid oldu, fəxri ad aldı. Mənim balam 12 ildir ki, bundan əziyyət çəkir. Düşmədiyim bariqa qapısı yoxdur. Verməyin! Buradan deyirsən, vermə, o biri qapıdan verirlər. Göbələk kimi ortaya çıxırlar. Bəsdirin, camaatın balasını öldürdünüz! Biləcəridə narkoman əlindən yer yoxdur. Hər tərəf bu gündədir. Balama görə onların qarşısında ağlamışam ki, verməyin. Mən nə istəyirəm?! Satma, Vermə! 100 dəfə bölməyə, 102-yə zəng etmişəm, tutub aparırlar. 2 gün sonra görürəm ki, çöldədi. Məhkəmənin marağı nədir ki, bunları buraxır?!

Niyə narkoman gedir “sutka”ya amma bariqa əlini-qolunu sallaya-sallaya gəzir?! Deyəndə ki, polisə zəng edəcəyəm, deyir get elə, mən polisin malını satıram. Beləsinə nə deyəsən?!”.

Vəziyyət o həddə çatıb ki, hətta kiçik yaşlı uşaqlar da onların kim olduğunu, hansı qapıda satıldığını bilir, əli ilə göstərir. Uşaqlar deyirlər ki, narkomanlar onlar üzərinə bıçaq da çəkib.

Digər bir məhlə sakini isə bildirir ki, “Uber” kimi taksi şirkətləri məhləyə gələrək “mal”ı götürür, çatdırılma edir.

Daha ətraflı videoda:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.