“Çörəyi pritondan çıxan” qardaşlar

31-08-2022, 00:06           
“Çörəyi pritondan çıxan” qardaşlar
Xatırladaq ki, bir müddət bundan əvvəl KİV-də Adəm və Hatəm qardaşlarının əxlaqsızlıq yuvaları işlətməsi, qadın alveri ilə məşğul olması barədə silsilə yazılar dərc edilsə də, dövlət qurumları ciddi bir tədbir görməyiblər deyə öz çirkin əməllərini bu gün də davam etdirməkdədirlər. Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, biz bir millət olaraq milli-mənəvi dəyərlərimizdən geri çəkilən deyilik.
Bəs, bütün bunlara niyə müvafiq qurumlar əməl etmir? Yəni Adəm və Hatəm qardaşları bu qədər gücə və imkana malikdir ki, qanunları heçə sayırlar? Yazımızın “qəhrəmanları” olan Adəm və Hatəm qardaşları konkret olaraq qadın alveri ilə məşğul olurlar… Milli-mənəvi dəyərlərimizlə bir araya sığmayan, bir çox ailələrin dağılmasına səbəb olan, infeksion xəstəliklərin yayılmasının əsas mənbəyi sayılan əxlaqsızlıq yuvalarının artması ciddi sosial problem olaraq cəmiyyəti təhdid edir. Niyə Adəm və Hatəm qardaşları ilə bağlı tədbir görülmür? Niyə qardaşların açdığı “priton”un ərazisinin sahə müvəkkili, polisi gəlib görmür ki, orada nələr baş verir?
Adəm və Hatəm qardaşlarının yaratdığı əxlaqsızlıq şəbəkəsində yüzlərlə qadın fahişələr var. Əgər bu işlərin təşkilatçısı olan Adəm və Hatəm qardaşları həbs olunarsa, problem də bitər. Artıq belə əxlaqsızlıq yuvaları məktəblərin, uşaq bağçalarının, yaşayış binalarının, məhəllələrin ərazisinə daxil olublar. Bu isə şox ciddi problemdir.
Ümidvarıq ki, tezliklə bu problem həllini tapacaq və günahkarlar da cəzalarını alacaqlar. Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.
aktualxeber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru