Mərkəzi Bank ancaq problemlər yaradımaq üçündür.....
31-08-2022, 15:54

Bilmirəm, yazım ya yox.
Yəqin ki, bütün banklarda belədir. Soruşanda da deyirlər vətəndaşların hüquqlarını sadalayıb ona zəmanət verən konstitusiya bizlik deyil.
Biz Mərkəzibankın göstərişini icra etməyə məcburuq.
Qoy yazım:
- BankRespublika-dan valyuta alıram.
Bir vərəq uzadırlar və şəxsiyyət vəsiqənin məlumatlarını doldurulmasını xahiş edirlər.
Deyirəm, şəxsiyyət vəsiqəsini sizə vermişəm də. Surətini çıxardın, məsələ bitsin.
Deyirlər bizlik deyil. Göstəriş belədir.
Bu hələ harasıdır!!!
- Deyirlər valyutanı nə üçün aldığını yazmalısan.
Soruşuram, sizə nə dəxli var?
Cavab verirlər ki, bizlik deyil. Göstəriş belədir. Əks halda valyuta satmayacağıq.
Mən də eləmə tənbəllik, anketin qrafasında yazdım ki, “Sünnət üçün”.
Yazıq xəzinədar, bilmədi nə eləsin. Dedi, dayı ver mən özüm doldurum, məni cəncələ salma.
- Bir müddətdən sonra, təkrar eyni vəziyyət. Başqa xəzinədar.
Qrafada yazdım, “Rüşvət verəcəyəm”
Xəzinədar qız dedi, dayı ver özüm doldurum.
- Yenə bir müddətdən sonra.
Qrafada yazdım ki, “Qəbir qazacağam”.
Xəzinədar kişi, başladı gülməyə.
Dedi, dayı səni tanıyıram. Qəsdən kağızı verdim ki, görüm indi nə yazacaqsan.
Dayı, xətrinə dəyməsin. Vallah bizlik deyil.
Göstəriş belədir. Qoy özüm sizin üçün anketi doldurum.
Məsələ bununla bitmir.
Dostlar elə bilər valyuta alverçisiyəm. Sadəcə AliExpress-dən öz təcrübələrim üçün xırda elektron hissələr almaq üçün valyuta lazımdır.
- Həmən bankda depozit manat və dollar kartım ola-ola manat hesabımdan, valyuta hesabıma onlayın üsulu ilə internet üzərindən pul otuzdurmaq qadağan edilib.
Deyirlər olmaz. Göstəriş belədir.
- Gərək manat kartından pulu bizim bankomatdan çıxarasınız, nağdaşdırasınız, sonra həmən bankın kassasından dollar alıb, öz valyuta kartıma aldığım dolları otuzdurmaq üçün yenə həmən bankın kassasına aldığım valyutanı qaytarmalıyam.
- Deyirəm ay anam-bacım, bu eyni iş deyilmi? Nə rusum lazımdır çıxın. Müştərinin evdən bankınıza özünün gəlməyi və növbədə dayanması sizə nə verir axı?
Xanım qız cavab verdi ki, bizlik deyil. #Mərkəzibankın qoyduğu qaydanı icra edirik.
Ахмед Насибов