Prezidentin Təhlükəsizlik Xidməti bu şirkətdən hərbi geyim alacaq – Vergi borcu var

3-09-2022, 10:45           
Prezidentin Təhlükəsizlik Xidməti bu şirkətdən hərbi geyim alacaq – Vergi borcu var
Prezidentin Təhlükəsizlik Xidmətinin keçirdiyi tender müsabiqəsinin qalibi “Baku Textile Company” MMC olub.

Yeniavaz.com xəbər verir ki, Xidmət hərbi geyimlərin satın alınmasına görə MMC-yə 259 min 979 manat 13 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, 200 manat nizamnamə kapitalı olan “Baku Textile Company” MMC-nin qanuni təmsilçisi Nərimanov Elçin Ələzim oğludur. Şirkət 24 oktyabr 2018-ci ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, “Baku Textile Company” MMC-nin ötən günə (2 sentyabr) olan məlumata görə, dövlət büdcəsinə 2 min 185 manat 84 qəpik vergi borcu var.

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru