Deputat: “JEK”lər fəaliyyətsiz bir quruma çevrilib”

4-09-2022, 09:16           
Deputat: “JEK”lər fəaliyyətsiz bir quruma çevrilib”
İllərdir heç bir fəaliyyəti olmayan “JEK”lərin əhalidən qanunsuz ödənişlər yığması insanların narazılığına səbəb olur. Bu ildən etibarən ödənişlərin artırılması, üstəlik bunun əvvəlki iki ilə də şamil edilməsi narazılığı pik həddə çatdırıb.

İqtisadçılar vətəndaşları “JEK”lərə ödəniş etməməyə çağırır. Vətəndaşlar isə ödəniş edib-etməməklə bağlı sual qarşısındadır.

Bəs “JEK”lərin vətəndaşlardan artımla pul yığması qanunidirmi?

Bu barədə Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, “JEK”lərin xidmət haqlarını artırması qanunsuzdur.

Deputatın sözlərinə görə, xidmət haqlarının artırılmasının heç bir əsası yoxdur: “Çünki xidmət haqqı o zaman artırılır ki, daha yüksək xidmət və nümunəvi işlər görülsün. Ancaq biz bunun şahidi olmuruq. Bu gün “JEK”lər fəaliyyətsiz bir quruma çevrilib. Buna səbəb qurumun maddi-texniki baza və işçi potensialının yetərli olmamasıdır. Eyni zamanda qurum verilən tapşırıqları yerinə yetirməyə qadir deyil. Doğrudur, Sovetlər dönəmində bu qurumun yaxşı fəaliyyəti olub. Ancaq son dövrlər bu fəaliyyət gözə görünmür”.

Üstəlik, “JEK”lər heç bir fəaliyyət göstərmədən pul yığırlar. Bələdiyyələr isə öz nəzarətində olan ərazilərdə tullantıların daşınması, təmizlik işləri həyata keçirirlər. Ona görə də, heç bir iş görməyən “JEK” lər bələdiyyələrə birləşdirilməlidir”.

T.Rzayev birləşmənin bələdiyyələrin işinə müsbət təsir göstərəcəyi qənaətindədir:

“JEK”lərin özündə də vaxtilə çox yaxşı işləmiş, işini bilən kadrlar olub. Onların bələdiyələrə keçməsi qurumun fəaliyətinin müsbət inkişafına töhfə ola bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru