"İşçilərin sayı və ya ştatları ixtisar edildikdə" əsası ilə işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi əsaslı....

5-09-2022, 10:58           
"İşçilərin sayı və ya ştatları ixtisar edildikdə" əsası ilə işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi əsaslı....
"İşçilərin sayı və ya ştatları ixtisar edildikdə" əsası ilə işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi əsaslı və qanuni olmalıdır. Əmək Məcəlləsinin bu tələbini pozanlar isə məsuliyyətə cəlb olunmalıdırlar.
Ştatların zərurət hansı əsaslardan yarana bilər: müəssisədə iş və xidmətlər azadlıqda və ya qurtardıqda, həmin ştatlara ehtiyac qalmadıqda, yeni texnologiyaların tədbiqi ilə əlaqədar həmin ştatlara ehtiyac qalmadıqda, müəssisəni maliyyə vəziyyətinin pis olması və sair.
Bu əsasla işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvinin zərurəti bütün hallarda işəgötürənin əmri ilə əsaslandırılmalıdır.
Əgər ləğv olunmuş ştatlara, qısa müddətdən sonra və heç bir əsas olmadan işçi və ya işçilər qəbul edilisə, bu həmin müəssisə ştatların ixtisarının formal və qərəzli aparılmasını təsdiq edir.
Formal və qərəzli ştat ixtisarının aparmaqla işçilərin əmək müqavilələrini ləğv edən işəgötürənlır, Əmək Məcəlləsinin 310-cu maddəsində nəzərdə tutulan qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyətinı cəlb olunmalıdır.
Ən maraqlı hal: məlumdur ki, işçilərin öz xahişi ilə, müddətin qurtarma əsası ilə, xəstələnməsi, vəfat etməsi, ştatların ixtisarı və sair əsaslarla əmək müqaviləsi ləğv edilir, lakin nədən həmin müəssisədə işçilərin ümumi sayı azalmır, əksinə bir çox hallarda artır da. Bu fakt da həmin müəssisədə ştatların ixtisarı və işçilərin sayının azaldılmasının formal olmasını, özlərinə sərf etməyən işçilərin işdən çıxarılması və yaxın qohum və tanışlarınln işə qəbul edilməsinin həyata keçirilməsi məqsədi daşıyır.
Ştatların ixtisarının və işçilərin sayının azaldılmasının qanunsuz həyata keçirilməsinin qarşısı həmkarlar ittifaqı təşkilatı tərəfindən də alına bilər. Belə ki, bu əsasla əmək müqaviləsinin ləğvi üçün həmkarlar ittifaqının razılığı alınmalıdır. Həmkarlar ittifaqı təşkilatları da qanunsuz həyata keçirilən bu ixtisarlar ın qarşısını almaq üçün işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvinə razılıq verməyə bilər.
Qanunsuz ixtisarlarla bağlı, əlbəttə işçilərin məhkəməyə müraciət etmək hüququ var. Lakin bu qanunsuzluöun aradan qaldırılmasını işəgötürəndən tələb etmək ilk növbədə əmək qanunvericiliyinə ictimai və dövlət nəzarətini həyata keçirməli olan həmkarlar təşkilatlarının və Dövlət Əmək Müfəttişliyinin vəzifəsidir.
Azər Quliyev,












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.