“Bakı Şampan Şərablar” işçilərinə maaş verə bilmir - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ...
7-09-2022, 16:10

"Bakı Şampan Şərabları” Açıq Səhmdar Cəmiyyətində (ASC) əmək haqqı qalmaqalı yaşanır.
TEREF.AZ qaynarinfo-ya istinadla xəbər verir ki, ASC-nin əməkdaşları Məmmədov Yusif Famil oğlu, Hacıyeva Rüxsarə Hüseynqulu qızı, Eyvazova Adilə Məmməd qızı, Rzayeva Mənsurə Hüseynqulu qızı, Eyvazov Şayiq Ədil oğlu, Qəhrəmanov Həsən Əhəd oğlu və Bayramova Nazilə Bəbiş qızı əmək haqqı tələbi ilə məhkəməyə müraciət edib.
İş hazırda apellyasiya mərhələsindədir. Apellyasiya şikayətini verənlər də iddiaçılardır. Proses Bakı Apallyasiya Məhkəməsinin hakimi Elşən Kazımovun sədrliyi ilə keçiriləcək.
Məlumata görə, ASC-də əmək haqqı ilə bağlı problem bir müddətdir ki, davam edir. Şirkət naməlum səbəblərdən işçilərin maaşlarını verə bilmir.
"Bakı Şampan Şərabları” ASC 27 dekabr 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4 194 072 AZN olan şirkətin qanuni təmsilçisi Hüseynova Arzu Əlihüseyn qızıdır.
Mediada gedən məlumatlarda ASC-nin direktoru kimi Cəfərov Saib Cabir oğlu şəxsin adı çəkilir.
Açıq mənbələrdə Arzu Hüseynova və Saib Cəfərov haqqında hər hansı məlumat yoxdur.
"Bakı Şampan Şərabları” ASC-də bir neçə il əvvəl də əmək haqqı problemi yaranmışdı. Həmin vaxt ASC-nin işçiləri müəssisənin qarşısında aksiya keçirmişdi.