Rusiya Aİ ölkələrinə qaz tədarükünü 48% azaldıb

8-09-2022, 10:54           
Rusiya Aİ ölkələrinə qaz tədarükünü 48% azaldıb
2022-ci ilin əvvəlindən Aİ ölkələri Rusiya qazının tədarükünü 48% azaldıb.

Bu barədə “Qazprom” şirkətin “Telegram” kanalında bildirib.

“İlin əvvəlindən Avropa İttifaqı ölkələri öz bazarlarına Rusiya qazının tədarükünü 48%, Böyük Britaniya da nəzərə alınmaqla isə 49% azaldıb”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, çərşənbə günü Avropa Komissiyasının sədri Ursula von der Lyayen bəyan edib ki, Aİ-nin qaz istehlakında Rusiya mavi yanacaqının payı 2021-ci ildəki 40%-dən 9%-ə enib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru