Əhalinin NƏZƏRİNƏ! - Bu rayonda söküntü işlərinə başlanıldı - VİDEO

9-09-2022, 12:36           
Əhalinin NƏZƏRİNƏ! -
Paytaxtda qanunsuz tikilən obyektlərin söküntüsü davam edir.

BAKU.WS xəbər verir ki, söküntü işlərindən biri də Yasamal rayonunda həyata keçirilir.

Rayonun Mirzə Cabbar Məmmədzadə 98 ünvanında yerləşən binaların qarşısındakı zəbt olunmuş yerlərdə söküntü işləri başlayıb.

Yasamal rayonu Kommunal Təsərrüfat Bİrliyinin rəisi Ədalət Bağırov Real TV-yə bildirib ki, zəbt olunmuş hasarlar, obyektlər sökülür və əvəzində həmin yerlər abadlaşdırılır.

O əlavə edib ki, Yasamal rayonundakı digər küçələrdə də zəbt olunmuş yerlər mərhələli şəkildə söküləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru