Şəhid Səbuhinin qardaşından müraciət - "Bu məsələni araşdırdım..."

16-09-2022, 09:17           
Şəhid Səbuhinin qardaşından müraciət -
Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov qardaşından “Komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunması məsələsiylə bağlı yeni açıqlama verib.

TEREF.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, şəhid qardaşı kamera önünə keçərək, sözügedən 6 min manatın vəzifə dəyişikliyinə aidiyyətinin olmadığını bildirib:

"Sosial şəbəkələrdə yayılmış, Səbuhinin verdiyi 6 min manat məsələsinə toxunmaq istəyərdim. Bu məsələni araşdırdım, aydınlaşdırdım ki, bunun vəzifə dəyişikliyinə heç bir aidiyyəti yoxdur. Ailədaxili məsələlərə görə xərclənilib. Diqqətinizə görə çox sağ olun. Amma bu məsələri qaldırıb, ailəmizi də, qardaşımın ruhunu da incitməyək".

Qeyd edək ki, daha öncə məsələ ilə bağlı həm Müdafiə Nazirliyi, həm də Baş Prokurorluq tərəfindən araşadırma aparıldığı bildirilmişdi. Bundan başqa, Sənan Əhmədov ötən gün Müdafiə Nazirliyinə dəvət olunmuşdu.

VİDEO BURADA:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru