Azərbaycan “Amazon” və “eBay”da kəlağayı satmağa başlayıb

16-09-2022, 12:08           
Azərbaycan “Amazon” və “eBay”da kəlağayı satmağa başlayıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalı və “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi - “Azəripək” MMC-nin birgə əməkdaşlığı ilə “Amazon” və “eBay” platformalarından Azərbaycanın milli kəlağayılarının Amerika və Avropa ölkələrinə ilk satışı həyata keçirilib.

"Report" bu barədə İİTKM-ya istinadən xəbər verir.

Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, bu kateqoriyadan olan məhsulların satışı əsasən payız - qış aylarına təsadüf etdiyindən növbəti aylarda sifarişlərin artması gözlənilir. Əməkdaşlıq çərçivəsində ilkin olaraq sadalanan platformalarda sınaq məqsədilə on çeşiddə kəlağayı məhsulu satışa çıxarılıb. Məhsula olan marağı nəzərə alaraq nümayiş olunan məhsul çeşidinin artırılması nəzərdə tutulub.

Azərbaycan kəlağayı sənətinin 2014-cü ilin noyabrında UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsindən sonra kəlağayıya olan maraq daha da artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru