Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi davam edir
16-09-2022, 12:17
Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi davam edir.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsahibə mərhələsi sentyabrın 19-dək davam edəcək.
Qeyd edək ki, müsahibə zamanı müəllimlər müvafiq komissiya tərəfindən proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə qiymətləndirilir.