Cavid Qurbanov “MÜŞAVİRİN”-QOVDU
15-05-2016, 23:36
teref.az xəbər verir ki, Vətəninfo.az-ın elektron ünvanına daxil olan məlumatda qeyd edilir ki, özünü "Azərbaycan Dəmir Yolları” QSC rəisi, deputat Cavid Qurbanovun "müşaviri” kimi təqdim edən Həbib Misirovun Facebookda qızlara etdiyi əxlaqsız təkliflərinin fotogörüntüləri peyda olduqdan sonar,hakim Yeni Azərbaycan Partiyası rəhbərliyindən və hakimiyyət dairələrindən Cavid Qurbanova ciddi xəbərdarlıq edilib.
Daxil olan məluamtda vurğulanır ki, yuxarı dairələr millət vəkilinə Həbib Misirov adlı müşavirinin olub olmadığını soruşublar.Cavid Qurbanovun isə onun belə bir işçisi olmadığını,ancaq Həbib Misirovun "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətində işlədiyini,eyni zamanda "Aşıq Şəmşir" Mədəniyyət ocağı sədir müavini olduğunu bildirib. "Azərbaycan Dəmir Yolları” QSC-də qəbula gələn Kəlbəcərdən olan məcburi köçkünlərin qəbulu ilə məşğul olduğunu qeyd edib.
Daxil olan məluamta görə, Cavid Qurbanova Həbib Misirovun facebook-da qızlara intim təklifləri etdiyi və özünü onun köməkçisi kimi təqdim etməsi bildirilib.
Belə olduqdan sonra,daxil olan məlumata görə, Cavid Qurbanov göstəriş verib və Həbib Misirov Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinə buraxılmır.Onun son günlər heç Cavid Qurbanovun qorxusundan "Aşıq Şəmşir" Mədəniyyət ocağına gəlmədiyi də bildirilir.
Qeyd edək ki, Həbib Misirovla bağlı ölkə mətbuatında onlarla məlumat yayılıb və bu məlumatların ən sonu,bu şəxsin facebook.com-da tanış olduğu qızlara özünü Cavid Qurbanovun köməkçisi kimi təqdim etməsi və intim təklifləri ilə bağlı olub.