Naxçıvanın “Boz kardinal”-ı Bakıdakı əmlakını satış çıxardıb? - Elə deyirlər...
7-11-2022, 11:38

“Boz kardinal” reklam etdirərək babat qiymətə satmağa çalışdığı digər restoran isə “Dəyirmançı” restoranıdır. Maraqlıdır ki, Azərin qardaşı Müşfiq Zeynalov ötən yay aylarında Əhmədlidə bir iş adamı ilə görüşmüş, Bakıda fəaliyyət göstərən “Dəyirmançı” restoranını almaq barədə danışıqlar aparmışdı. “Qara Pişik” həmin danışıqların şəklini çəkib mənə göndərmiş, mən də onu paylaşmışdım. Belə görünür ki, yaxın günlərdə Naxçıvanda vurulacağını anlayan Azər Zeynalov təsərrüfatını kiçik torpaqdan Bakıya köçürmək barədə planlar qurmağa çalışırdı. Amma “Qara Pişiy”in bu görüşü faş etməsi “Xan” həzrətlərini yuxudan ayıltmış, gəminin batmasını hiss edib özünü göyərtədən çölə atmağa çalışan köməkçisini yerində oturtmuş, batırıqsa, “bərabər bataq” demişdi. İndi isə Azər Zeynalovun “Dəyirmançı” restoranını satışa çıxarmasından belə anlaşılır ki, o, Naxçıvandan heç hara qaça bilməyəcək.
Qeyd edək ki, Azər Zeynalov sabiq Daxili İşlər naziri Əhməd Əhmədovun və qohumlarının da bütün əmlaklarını ələ keçirib və ikisi arasında ciddi ziddiyyət yaranıb. İşdən uzaqlaşdırıldıqdan sonra onun yaxasından yapışan insanlara nə cavab verəcəyi bəlli olmadığından mülklərini satışa çıxarması təəccüblü görünmür. Belə çıxır ki, Azər Zeynalov gələcəkdə onu həm iş adamları, həm də hüquq qarşısında ciddi sınağa çəkiləcəyi taleyi gözlədiyini anlayır və məcburən obyektlərini əldən çıxarmağa çalışır.
Heydər Oğuz
Məqalədə acıqlanan iddialarl bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Heydər Oğuz
Teref.az