Qlobal inflyasiya pik həddinə çata bilər - BVF8

8-11-2022, 09:35           
Qlobal inflyasiya pik həddinə çata bilər - BVF8
Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristalina Georgiyeva BMT-nin iqlim dəyişikliyi ilə bağlı illik sammiti çərçivəsində qlobal inflyasiyanın pik həddinə yaxınlaşdığını bildirib.

Bu barədə Publika.az "Bloomberg"ə istinadən xəbər verir.

"Mən məlumatı qabaqlamaq fikrində deyiləm, lakin ola bilsin ki, zirvəyə çatdıq. İndi biz görürük ki, mərkəzi banklar inflyasiya ilə mübarizədə həmrəydirlər, bu, əsas prioritetdir və haqlı olaraq belədir. Əgər uğur qazanmasaq, hər şey dağılacaq, sonra isə qiymət sabitliyi olan artımın təməli sarsılacaq", - BVF rəhbəri oktyabr ayı üzrə ABŞ-da inflyasiya 8%-ə yaxın olan bir gün əvvəl açıqlanan məlumatlara istinad edərək bildirib.

Georgieva qeyd edib ki, ən azı istehlak qiymətlərinin artım dinamikasını məqbul templərə endirməyə çalışmaq vacibdir.

"İnflyasiyanın istənilən səviyyəyə, təxminən 2%-ə endirilməsi daha çətindir. Əgər tədarük zəncirlərinin diversifikasiyasını görsək, bu, istər-istəməz qiymətlərə təsir göstərəcək", - maliyyəçi vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.