35 saylı məktəbin direktoru bazar açıb - Sumqayıtda

14-05-2015, 11:10           
35 saylı məktəbin direktoru bazar açıb - Sumqayıtda
Sumqayıtın 35 saylı orta məktəbində pul yığımı davam edir. Artıq təhsil naziri Mikayıl Cabbarovun son bəyanatı da effekt verməyib.

TİA.AZ-a şikayət edən məktəblilərin valideynləri qeyd edirlər ki, 35 saylı məktəb bazara çevrilib. Onların dediyinə görə, əvvəlcə Gül bayramı adı ilə pul yığıldı. Bu kampaniya başa çatmamış, təmir, “Son zəng” hazırlığı, məktəb binasının divarlarının boyadılması üçün də əlavə 10 manatdan tələb edirlər.
Şikayətçilərin TİA.AZ-a yazdığına görə, il boyunca bu məktəbdə pul yığılması həyata keçirilir. Cana doyan sakinlər bildirirlər ki, artıq direktor əndazəni aşıb. Valideynlər qeyd edirlər ki, Sumqayıt şəhər Təhsil Şöbəsinə müraciət olunub. Amma şöbə müdiri məsələni araşdırmaqda maraqlı görünməyib.
Məlumat üçün bildirək ki, Sumqayıt şəhəri 35 saylı orta məktəb 1988-ci ildə fəaliyyətə başlayıb. Məktəb 1 növbəlir. İngilis dili xarici dil kimi tədris olunur. Məktəbdə 989 nəfər şagird təhsil alır.Onlardan 45-i məcburi köçkün, 10-u şəhid ailəsindəndir. 35 saylı məktəbin müəllimlərinin ümumi sayı 158-dir. Məktəb layihə üzrə 1296 yerlikdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.