Akademik Cəmil Əliyev də giley edir: - "Hökumət pul vermir, çətinlik çəkirik"

13-01-2023, 12:31           
Akademik Cəmil Əliyev də giley edir: - "Hökumət pul vermir, çətinlik çəkirik"
Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmi Əliyev Gununsesi.info-nun Milli Onkologiya Mərkəzində KT Aparatı aylardır ki, işləmir başlıqlı yazısına reaksiya verib.

Qeyd edək ki, həmin yazıda noyabr ayından bəri mərkəzdəki Komputer Tomoqrafiya Aparatının (KT) işləmədiyi bildirilir. Məlumata görə, bölgələrdən gələn insanlar çalışan digər KT aparatında müayinə olunmaq üçün günlərlə növbə gözləməli olurlar.

Akademik Cəmil Əliyev isə saytımıza açıqlamasında deyib ki, KT aparatının işləməməsi obyektiv səbəblə bağlı olub: “Mənim də bundan xəbərim var. Aparatın platası yanmışdı. Bu böyük vəsait deməkdir.

Hökumət pul vermir, çətinlik çəkirik. Amma məsələ həllini tapdı və aparat hazırda işləyir. Belə hallar yaşamışıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru