Azərbaycanda kredit faizləri artacaq? - RƏSMİ AÇIQLAMA

14-01-2023, 13:14           
Azərbaycanda kredit faizləri artacaq? -
Bankların cəlb etdikləri depozitlərə görə Mərkəzi Bankda saxlamalı olduğu məcburi ehtiyat faizi artırılıb. Məcburi ehtiyat norması milli valyutada depozitlər üzrə 4%-dən 5%-ə, xarici valyutada depozitlər üzrə isə 5%-dən 6%-ə qaldırılıb.

Bəs məcburi ehtiyat faizinin artması kredit faizlərinə necə təsir edəcək?

TEREF.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildiriblər ki, Mərkəzi Bankın İdarə Heyətinin müvafiq qərarları ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda və məcburi ehtiyat normalarında dəyişikliklər Mərkəzi Bank tərəfindən pul təklifinin daha effektiv tənzimlənməsi, uçot dərəcəsi üzrə faiz dəhlizinin faizlərə təsirinin gücləndirilməsi, bank sistemində likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması, habelə de-dollarlaşma meyillərinin stimullaşdırılması məqsədilə edilib.

"Qiymətləndirmələrə görə məcburi ehtiyatlarla bağlı qeyd olunan dəyişikliklər bank sektorunun xərclərinə əhəmiyyətli təsir etmir. Dəyişikliklərin manatla öhdəliklərin maya dəyərinə orta hesabla cəmisi 0.16%, xarici valyutada öhdəliklərin dəyərinə isə 0.01% təsir emək ehtimalı var, lakin Mərkəzi Bankın belə bir gözləntisi yoxdur", - deyə məlumatda qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru