Qarabağ veteranlarının artmayan 80 manatı - Nazirlik sözünü tutacaq?

24-01-2023, 19:54           
Qarabağ veteranlarının artmayan 80 manatı -
“Ümid edirəm ki, Qarabağ veteranlarına ödənilən müavinətin məbləğində daha adekvat şəkildə artım olacaq”.

TEREF.AZ yenicag.az-a istinadla xəbər verir ki, bu il bəzi müavinətlərin artırılmamasının səbəblərini şərh edən iqtisadçı Rəşad Həsənov öz fikirlərini bölüşüb.

O qeyd edib ki, bəzi müavinətlərin artımının növbəti sosial paket çərçivəsində baş tutması gözlənilir:

“Öncəliklə qeyd edim ki, Qarabağ veteranları üçün ödənilən 80 manat məhz kommunal, nəqliyyat və sosial ödənişlərin kompensasiyası məqsədilə verilən bir müavinət növüdür. Orta inflyasiya göstəricisinin bu müavinətə tətbiq edilməməsi hazırkı sosial paketin başqa məqsədlər üçün nəzərdə tutulduğunu göstərə bilər. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, ikinci sosial paket hazırlanır və bu paket çərçivəsində Qarabağ veteranları üçün ayrılan müavinətin məbləği də artırılacaq. Ümid edirəm ki, bu açıqlama reallığı əks etdirəcək və məbləğdə daha adekvat şəkildə artım olacaq”.

Qeyd edək ki, builki artım paketinə 2019-cu ildə Qarabağ veteranları üçün təsis olunmuş 80 manat ölçüsündə prezident təqaüdü, eyni zamanda, məcburi köçkünlər üçün nəzərdə tutulan aylıq 60 manatlıq müavinət daxil edilməyib.












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.