Türkiyədən Azərbaycana gələn vətəndaşlarımızdan ŞİKAYƏT – “ Bizdən PCR və peyvənd pasportu tələb edirlər”

9-02-2023, 16:00           
Türkiyədən Azərbaycana gələn vətəndaşlarımızdan ŞİKAYƏT –
Türkiyə 4 gündür ki, zəlzələ dəhşətləri ilə üz-üzədir. Dağıntılar altında qalanların sayı ilə bağlı qorxunc rəqəmlər səslənir. Qardaş ölkədə baş verən faciədə azərbaycanlı soydaşlarımızdan da zərər görənlər var. Hazırki məlumata görə 201 nəfər vətəndaşımız dövlət xətti ilə Azərbaycana təxliyə olunub.

Vəziyyətlə əlaqədar qardaş ölkədən Azərbaycana səfər edənlərin sayında artım müşahidə olunur.

Sosial şəbəkərlərdə yayılan məlumatlardan da görünür ki, zəlzələdən qorxu, həyəcan keçirən soydaşlarımız doğmalarının, ailələlərinin yanına qayıtmağa başlayıblar. Amma ölkəsinə səfər edən vətəndaşlarımızdan koronavirusa qarşı PCR testindən keçirilmələri və peyvənd pasportu tələb olunur. Halbuki Azərbaycan xarici ölkələrdən gələnlər üçün PCR tələbini xeyli müddətdir ki, götürüb.

Məsələ ictimaiyyətdə birmənalı qarşılanmayıb. Vətəndaşlar sözügedən tələbin əlavə xərc və vaxt itkisi olduğundan gileyləniblər.

TEREF.AZ-ın məlumatına görə, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat katibi Nərmin Xəlilova Bizim.Media-ya açıqlamasında bildirilib ki, AZAL heç bir vətəndaşdan heç nə tələb etmir:

“Peyvənd pasportunu Dövlət Sərhəd Xidməti tələb edir”.

Dövlət Sərhəd Xidməti ilə əlaqə yaratmaq mümkün olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru