Ukraynada şəhid olmuş soydaşımız Oğuzda torpağa tapşırıldı FOTO

12-02-2023, 00:10           
Ukraynada şəhid olmuş soydaşımız Oğuzda torpağa tapşırıldı  FOTO
Ukraynanın Baxmut şəhəri uğrunda döyüşlərdə şəhid olmuş soydaşımız, uzun illər Odessada yaşamış Məmmədov Elçin Telman oğlunun cənazəsi artıq vətənə yetişib, dəfn olunub.
Xatırladaq ki, qardaşımız Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərə könüllü qatılmışdı.
Qeyd edək ki, Elçinin valideynləri, bacısı və qardaşı Oğuz rayonunda yaşayırlar. Şəhidimiz də şəhər qəbiristanlığında dəfn olunub.
Elçinin ukraynalı həyat yoldaşı illər öncə rəhmətə gedib. Rəhmətlikdən geriyə Odessada yaşayan bir oğlu və qızı qaldı.
Burda bir məqamı qeyd etmək vacibdir.
Cənazənin göndərilməsi məsələsi ilə bağlı ilk gündən qardaşı Nicatla əlaqədə olduq. Həm Dnepr şəhərində, həm Odessada diaspor təmsilçiləri məsələ ilə lazımi tədbirləri görməyə hazır olsalar da , Ukrayna dövləti bizlərə təşəkkür edərək bu işin təşkilini öz üzərinə götürdü. Tanrı ruhunu şad etsin. Slava Ukraine!!!
Anar Natiqoğu
Teref.az














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru