BUNLARI DURDURUN: Vergi Xidmətinin özü büdcənin QƏSDİNƏ DURUB... - Günü 4200 manata... OFİS OLAR?

14-02-2023, 16:27           
BUNLARI DURDURUN: Vergi Xidmətinin özü büdcənin QƏSDİNƏ DURUB... - Günü 4200 manata... OFİS OLAR?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Tender müsabiqəsinin qalibi “Faktor Qrup-S-1” QSC (VÖEN- 1604133621) olub.
Baş İdarə “Faktor Qrup-S-1” QSC-dən qeyri-yaşayış sahəsini icarəyə götürəcək və qarşılığında 11 ay üçün (23.01.2023-31.12.2023) 1 milyon 435 min 140 manat ödəniləcək (hər gün üçün təxminən 4 min 196 manat). Rəqəmlərdən də göründüyü kimi, Baş İdarə icarəyə götürdüyü ofis sahəsinə hər ay təxminən 130 min manat ödəyəcək.
Məlumat üçün bildirək ki, “Faktor Qrup-S-1” QSC “Faktor Qrup-S” QSC-nin yenidən təşkili nəticəsində yaradılıb. Hər iki şirkətin hüquqi ünvanı Heydər Əliyev pr. ev 189-da yerləşir. Faktor Qrup-S-1” QSC 2020-ci ildə, “Faktor Qrup-S” QSC isə 2007-ci ildə dövlət qeydiyyatına alınıb.
Tikinti sektorunda fəaliyyət göstərən şirkətlər bu günə kimi dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərin qalibi olublar. //Yeniavaz.com//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru