Azərbaycanda yığılan nəzirlər İrana göndərilir? – İlahiyyatçıdan ŞOK AÇIQLAMA

15-02-2023, 16:49           
Azərbaycanda yığılan nəzirlər İrana göndərilir? – İlahiyyatçıdan ŞOK AÇIQLAMA
“Müstəqillik illərinin ilk vaxtlarından başlayaraq Azərbaycandakı məscidlərdə və ziyarətgahlardakı nəzir qutuları dolayısı ilə molla-fars rejiminə xidmət edirdi”.

Teref.az bildirir ki, bunu Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.

O bildirib ki, son illərədək İrana meyilli axundlar nəzir qutularındakı pulları xüms, zəkat adı ilə İrana göndərirdilər:

“Bu dəqiq faktdır. Eləcə də, İranın buradakı Ocaq Nicat adında bir nümayəndəsi var idi. Adam tanıyıram ki, mənə özü deyib ki, gün olurdu ki, aparıb Ocaq Nicata 7-10 min manat pul verirdim. Çox təəssüf ki, bunu çoxlarımız görürdü və susurdu. İndi guya ayılmışıaq. Hamı bundan danışır. Unutmaq lazım deyil ki, son 30 ildə İrana bizdən külli miqdarda pullar dini yradım adı ilə axıb”.

İlahiyyatçı bir vacib məqama da toxunub:

“Çox təəssüf ki, bu gün də İranı təqlid eliyən, Ayətullah Xomeyninin müqəllidi olan, ona biyət eliyən şəxslər var. Di gəl ki, onlara heç kim heç nə demir. Əksinə, həmin adamlar yerli camaata dini məsələlərdə problem yaratmaqda davam edirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.