Gömrük rüsumu bu telefonlara aiddir AÇIQLAMA/VİDEO

16-02-2023, 10:24           
Gömrük rüsumu bu telefonlara aiddir AÇIQLAMA/VİDEO
Bu gündən etibarən gömrükdə bəyan edilməyən mobil telefonlar qeydiyyata alınmayacaq. Bu qayda dəyəri 800 dollardan çox olan telefonlara aiddir.

Teref.az yazır ki, Xezerxeber.az-ın məlumatına görə, ödənməli rüsum məhz müəyyən edilmiş həddən artıq qalan hissədən çıxılır.

Yəni, vətəndaşın gətirmək istədiyini telefonun qiyməti 1000 dollardırsa, bu zaman rüsum yerdə qalan 200 dollara görə hesablanır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, mobil telefonların İMEİ nömrəsinin qeydiyyata alınması prosedurunda da dəyişiklik edilib.

Qeyd edək ki, mobil telefonların bəyan edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinin internet səhifəsindən məlumat almaq mümkündür.

Dövlət Gömrük Komitəsinin şöbə müdiri Rövşən Namazov mövzuya münasibət bildirib.

Teref.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru