İtaliyanın dövlət borcu rekord həddə çatıb

16-02-2023, 12:18           
İtaliyanın dövlət borcu rekord həddə çatıb
İtaliyanın Mərkəzi Bankı ötən il ölkənin dövlət borcunun yeni rekorda imza ataraq 2,76 trilyon avronu keçdiyini bildirib.

Borc ÜDM-in 150,3%-nə çatıb ki, bu da 2021-ci illə müqayisədə 84 milyard avro çoxdur. 2020-ci ildə COVID-19 məhdudiyyətləri və nəticələrinə görə dövlət borcu ÜDM-in 155%-ni ötüb.

İtaliyalı ekspertlər qeyd edirlər ki, karantin tədbirlərinin ləğvindən sonra iqtisadiyyat böyüməyə başlayıb, lakin 2022-ci ildə enerji qiymətlərinin kəskin artması səbəbindən bu proses dayanıb.

Hazırda ölkənin hər bir vətəndaşının payına düşən dövlət borcunun həcmi təxminən 47 min avro təşkil edir.

Mənbə: mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru