Suraxanı rayon məhkəməsi baş redaktora xəbər vermədən məhkəmə iclası keçirdib?- İDDİA

17-02-2023, 15:40           
Suraxanı rayon məhkəməsi baş redaktora xəbər vermədən məhkəmə iclası keçirdib?- İDDİA
Sara Əzimova məni məhkəməyə verib. İşimizə Suraxanı rayon məhkəməsinin hakimi Nərminə Rzayeva baxır. Mənə bu barədə dünən məhkəmədən zəng edib xəbər verdilər və saat 11-də iclasa çağırdılar. Xəstə olduğumu bildirdiyim halda, mütləq məhkəməyə gəlməyimi tələb etdilər. Mən də “ağa dedi sür dərəyə, sür dərəyə" misali dərmanlarımı içib məhkəməyə yollandım. İnsafən, Sara xanım da zamanında gəlmişdi. Hakim isə yox idi.
Millət hakimin sözünə hörmət edib vaxtından 5-10 dəqiqə əvvəl məhkəməyə gedir, onun özü isə verdiyi vaxtdan yarım saat keçsə də gəlib çıxmır. Məncə, bu, ilk növbədə hakimin özünə hörmətsizliyi, məsuliyyətsizliyidir. Bir adam 11.30-da belə işə gəlib çıxmırsa, nə haqla hakim işləyir, anlaya bilmirəm.
Qısası, atdığım dərmanlar məni yaman tərlətmişdi. Bütün bədənim yaş idi. Bir az da Nərminə Rzayeva adlı hakimi gözləsəm, özümü növbəti dəfə soyuğa verəcəyimi düşünüb taksi çağırıb evə qayıtdım.
Evə çataçatda hakim zəng edib ki, bəs mən gəlmişəm. Geri qayıt, məhkəməyə başlayaq. Dedim, hakim, mən artıq evdəyəm. Həm də xəstəyəm. İclası saxlayın, sonra keçirərsiniz. Mənə deyir ki, sən nədən qorxursan? Təsəvvür edirsinizmi, hakim öz məsuliyyətsizliyinin günahını belə vətəndaşın üstünə atır. Bununla da əslində məsələyə tərəfli yanaşdığını göstərir.
Ardınca da mənə deyir ki, biz məcburuq, sənsiz məhkəmə keçirək. Bundan əvvəl də bir məhkəmə iclası keçirmişik. Halbuki, mənə məhkəmə bildirişi dünən gəlib. Belə çıxır ki, Nərminə Rzayevanın sədrliyi ilə bir məhkəmə iclasımız artıq keçirilibmiş. Mənim isə bundan xəbərim yox. Dedim, xanım hakim, buyurun, hətta bu gün mənim barəmdə istədiyiniz hökmü də çıxara bilərsiniz.
Heydər Oğuz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.