240 manata görə döyüldü, təhdid edildi: - “Sənin qulağını kəsərəm”

22-03-2023, 11:53           
240 manata görə döyüldü, təhdid edildi: -
Azərbaycanda şəxs borca görə döyülüb.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, bir nəfər digər şəxsdən 240 manat civarında olan borcunun geri qaytarılmasını tələb edib.

Pulu verən şəxs borcu qaytara bilməyəni döyərək təhqir edib. Hətta qulağını kəsəcəyi təhdidini dilə gətirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntülərlə bağlı araşdırma aparılır:

“Sosial şəbəkələrdə yayılan görüntülərdən xəbərdarıq. Araşdırma aparılır. Əlavə məlumat veriləcək”.

Həmin görüntüləri təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru