"Gürçüstanda benzinin Azərbaycandan ucuz olduğunuda gördük.." - EKSPERT

25-05-2023, 16:37           
"Gürçüstanda benzinin Azərbaycandan ucuz olduğunuda gördük.." - EKSPERT
Bir neçə günlük Tiflisdə səfərdəyəm, ilk gözümə dəyən o oldu ki, burada Premium 95 markalı benzin 2.44-2.69 lari arası dəyişir, yəni, 1.62 manatla, 1.78 manat arasıdır, ən yüksək, yəni, 1.78 manat da SOCAR-dadlr. Sadəcə SOCAR burada təkbaşına inhisarçı deyil deyə qiyməti bizdəki kimi 2 manat edə bilmir, yoxsa bizi soyduqları kimi gürcüləri də soyardılar.
Teref.az yazır ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyir. Daha sonra dediklərini şərh edən ekspert davam edərək deyir:
Günümüzə bax da, Gürcüstanda benzinin bizdən ucuz dövrünü də gördük. İndi hökumət deyəcək ki, Aİ95-i biz tənzimləmirik ki, bazar tənzimləyir, amma həmişəki kimi düz deməyəcək - mənə, istehlakçıya nə fərki var ki, qiyməti mənasız Tarif Şurası tənzimləsin, ya da inhisarçı SOCAR?!
Hörmətli qalstuklu müəllimlər, olmaz belə, bəlkə imkan verəsiz elə Gürcüstandan 1,65 manata PƏRAKƏNDƏ satışdan Aİ95 alıb (topdan daha ucuzdur, 15% fərq var) ölkədə 2 manata sataq?! Ya da nomal rəqabətli mühit yaradın, insanları bu qədər dolamayın...
P.S. Fotoda SOCAR-ın Gürcüstanda Aİ95 üçün bugünkü qiymətidir. Orada bazar iqtisadiyyatı var, qiymət hər həftə dəyişir, bizdə isə bazar var, iqtisadiyyat yoxdur...

Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.