Rusiyadan Azərbaycana səyahət edənlərin sayı kəskin şəkildə artıb

1-07-2023, 08:26           
Rusiyadan Azərbaycana səyahət edənlərin sayı kəskin şəkildə artıb
“Yandex Travel” analitikləri 2023-cü ilin iyun ayında otel sifarişləri və uçuş axtarışları ilə bağlı məlumatların tədqiqindən sonra Rusiyadan Azərbaycana səyahət edənlərin sayının artdığını aşkarlayıblar.

“Report” xəbər verir ki, araşdırmaya görə, Azərbaycan səyahətə tələbatın artmasına görə lider olub. Daha sonra rusiyalılar Gürcüstana (87%), Tailanda (80%), Kiprə (55%) və Türkiyəyə (44%) səfər ediblər.

Azərbaycana səfərlərə tələbatın dəfələrlə artmasına səbəb kimi ekspertlər gediş-dönüş aviabiletlərinin qiymətlərinin 2022-ci illə müqayisədə 23% enməsini göstərirlər.

Eyni zamanda, Azərbaycanda hotellərdə orta qiymət dəyişməz qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru