Bakıda partlayan su borusu suyun küçəyə axmasına səbəb oldu - VİDEO

1-07-2023, 12:54           
Bakıda partlayan su borusu suyun küçəyə axmasına səbəb oldu - VİDEO
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində içməli su borusu partlayıb.

Xezerxeber.az xəbər verir ki, Zahid Qəmbərov 2 ünvanında yerləşən yaşayış binasının sakinləri vəziyyətdən narazıdırlar.

Suyun həyətə sızması xüsusilə birinci mərtəbədə yaşayan ailələrə çətinlik yaradıb.

“Borudan sızan su binanın altına axır və ətrafa qoxu yayır”, - deyə sakinlər qeyd ediblər.

Borunun su sızdırması həm də ətrafda yaşayan digər sakinlərin evlərinə gedən suyun təzyiqini azaldıb.
Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirilib ki, sözügedən su xətti istismar müddətini başa vurub:

“Yaxın zamanda su borusunun yararsız olan hissəsi kəsilərək yenisi ilə əvəz olunacaq”.

Daha ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru